Sadır Japarov: Qırğızıstan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır
Qırğızıstan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır.
Bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
“Qırğız Respublikası və Azərbaycan ənənəvi olaraq, Azərbaycanda Respublikasındakı profil xarakterli tədris müəssisələrinin bazasında hərbi kadrların hazırlanması istiqamətində əməkdaşlıq həyata keçirir. Tərəflər bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır. Bunun üçün isə əməkdaşlığın bu istiqaməti üzrə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi son dərəcə önəmlidir”, - Qırğızıstan dövlət başçısı qeyd edib.