Norveçli səyyahlar Şuşada səfərdə olub
Tarix: 2-05-2024, 13:13 | Çap et


Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyəti Şuşa şəhərində səfərdə olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Qonaqlar, Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı və Cıdır düzündə olublar.

Bununla da səyyahların Şuşaya səfəri başa çatıb. Onlar Şuşadan Ağdama yola düşüblər.



Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, heyətin Şuşa şəhəri ilə tanışlığı başlayıb. Qonaqlar əvvəlcə Xurşid Banu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər.



Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib.

Qrupa “Vaga” klubunun rəhbəri, 35 yaşlı gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net