Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər
Tarix: 23-03-2024, 23:23 | Çap et
Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər

“Crocus City Hall”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.

Bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib.

Qadın bildirib ki, terrorçular ağ rəngli “Renault” markalı avtomobildə olublar.

“Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, - qadın bildirib.

Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin.

Mənbə: İzvestiya




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net