Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Vertikal.az President.az-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və xalqınıza təbriklərimi, ən xoş arzularımı çatdırıram.
Qarşıdakı illərdə Sizinlə və hökumətinizlə işləməyi səbirsizliklə gözləyirəm.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Yeni səlahiyyət müddətinizdə Zati-alinizə daha böyük uğurlar diləyirəm”.