Bataqlıqda olan Ermənistanın Avropa İttifaqına yalvarışı: Nazirin Borrelə yazdığı məktub üzə çıxdı - FOTO
Tarix: 5-03-2024, 19:05 | Çap et
Bataqlıqda olan Ermənistanın Avropa İttifaqına yalvarışı: Nazirin Borrelə yazdığı məktub üzə çıxdı - FOTO


Sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borelə ünvanladığı məktubun surəti yayılıb.

Mənbələr Ermənistan hakimiyyətinin hər şeyi inkar edəcəklərinə, qaranı ağ adlandıracaqlarına baxmayaraq məktubun etibarlılığına 99% əminlik ifadə ediblər.

Məktubda Papikyan Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Aİ-dən yardım istəyib.

Papikyan müraciətində bu yardımın Ermənistanın təhlükəsizlik arxitekturasının şaxələndirilməsində mühüm rol oynayacağını deyib və bunun onlar üçün regionda mövcud reallıqları nəzərə alaraq həyati zəruri olduğunu bildirib.

Məktubdan görünür ki, Ermənistan və Aİ arasında sıx əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - bu, artıq ASF vasitəsilə təhlükəsizlik sahəsində tamhüquqlu əməkdaşlıqdır.

Xatırladaq ki, Ermənistan artıq sərhəddə Aİ-nin “müşahidə” missiyasını yerləşdirib. Bütün bunlar isə Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi KTMT ilə münasibətlərin “dondurulması” və ölkədə başlanan rusofob kampaniya fonunda baş verir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net