Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib - FOTO
Tarix: 22-02-2024, 12:21 | Çap et


Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi onun evində keçirilib.

Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sonra mərhumun cənazəsi dəfn edilmək üçün Şamaxıya aparılıb.



Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Yazıçı fevralın 21-də axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Mövlud Süleymanlı bu gün öz vəsiyyətinə görə, Şamaxıda anasının yanında dəfn ediləcək.

Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.



Bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

Onun sözlərinə görə, cənazə bu gün saat 12.00-də Xalq yazıçısının yaşadığı evdən götürələcək.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net