Prezident seçkilərində 30 ildən sonra Zəngilanda ilk dəfə sesvermə keçirilir - FOTO - VİDEO
Tarix: 7-02-2024, 09:49 | Çap et


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 30 ildən sonra ilk dəfə Zəngilan rayonunda da seçki məntəqələri yaradılıb, səsvermə təşkil olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində səhər saatlarından başlayaraq fəallığı müşahidə edilir.

İşğaldan azad edilən Zəngilan rayonunun ərazisindəki Ağalı kəndində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 33 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakindir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net