ABŞ Dövlət Departamentində erməni fiaskosu
Tarix: 2-02-2024, 15:03 | Çap et
ABŞ Dövlət Departamentində erməni fiaskosu

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatlarına uymayıb. Belə ki, o, həftəlik brifinqində Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı təxribat xarakterli məsələni, xüsusən ATƏT-in qondarma hesabatını şərh etməkdən imtina edib.

“Mənim Azərbaycanda keçirilən daxili seçki ilə bağlı heç bir şərhim yoxdur”, - deyə mətbuat katibi cavab verib.

Jurnalist müzakirəni davam etdirməyə çalışsa da, Miller söhbəti başqa mövzuya keçirib.

Xatırladaq ki, Azərbaycanda prezident seçkisi fevralın 7-də keçiriləcək.

Mənbə: State.gov




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net