Azərbaycan Ordusunda komandir toplanışları davam edir - VİDEO
Tarix: 12-01-2024, 11:00 | Çap et


Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.

Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.



Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net