Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"23 dekabr 2023-cü il tarixində Pəncə-Kilid" əməliyyatı bölgəsində ərazimizə soxulmağa çalışan terrorçularla baş verən qarşıdurmada 6 qəhrəman yoldaşımız şəhid olub, biri isə yaralanıb. İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir. Müəyyən edilmiş hədəflərə qarşı qəfil hava əməliyyatları da həyata keçirilir", - deyə qeyd olunub.
Qeyd edək ki, Türkiyədə ötən gün 3, bu gün səhər isə daha 3 hərbi qulluqçu şəhid olub.
Hadisə İraqın şimalında terror hücumu nəticəsində baş verib.