Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb - SİYAHI
Tarix: 23-12-2023, 23:54 | Çap et


Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15 nəfərə çatıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

İlham Əliyevin prezidentliyə namizədliyi dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən irəli sürüb.

MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər aşağıdakılardır:

- Sərvan Kərimov

- Mətləb Mütəllimli

- Abutalıb Səmədov

- Fikrət Yusifov

- Yusif Bağırzadə

- Arzuman Abdulkərimov

- Yunus Oğuz

- Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 7 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün işlər aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net