ADA Universitetində "The Bankers Club ADA" və ABB Bankın əməkdaşlığı ilə Beynəlxalq Audit Masterklassı haqda infosessiya baş tutub
Tarix: 3-12-2023, 11:53 | Çap et


ADA Universitetində "The Bankers Club ADA" və Azərbaycan Beynəlxalq Bankının əməkdaşlığı ilə Beynəlxalq Audit Masterklassı haqda infosessiya baş tutub. Baş tutan infosessiyada da qeyd olunduğu kimi, masterklass sayəsində tələbələr Beynəlxalq Auditinq sirlərini dərindən mənimsəməklə bərabər, ABB Bankda təcrübə keçmək imkanı da əldə edəcəklər. Belə ki, 6 günü ehtiva edəcək masterklassın yekununda iştirakçılar sertifikatla qiymətləndiriləcək, və ən fəal tələbələr ABB təlimçiləri tərəfindən seçilərək Beynəlxalq Bankda təcrübə keçmək imkanı qazanacaqlar. Həmçinin, bu məğzdə baş tutan görüşün sonunda tədbir iştirakçıları ABB Bank tərəfindən suvenir, ləvazimat və s. kimi müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.


















Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net