Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO - VİDEO
Tarix: 8-11-2023, 11:35 | Çap et


Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilib.

Orkestrlər marşlar, hərbi vətənpərvərlik mahnıları səsləndiriblər.

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü başlayıb.

APA xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilir:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti.

Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.













Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net