Bakıda yeni binalarda yaşayanların NƏZƏRİNƏ - Gələcəkdə…
Tarix: 7-11-2023, 11:52 | Çap et


Paytaxt ərazisində 10 mindən çox mənzil sahibi çıxarış ala bilmir.

Buna səbəb yaşadıqları binanın istismara təhvil verilməməsidir. Yeni tikili binaların istismara təhvil verilməməsinin isə müxtəlif səbəbləri var.

Tikinti məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, ölkə ərazisində tikilən və tikilməkdə olan təxminən 2 minə yaxın bina var ki, onların da böyük bir qismi istismara verildiyindən, sakinlər rahatlıqla çıxarış əldə edə biliblər. Lakin...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucovun sözlərinə görə, əgər binanın istismara yaraması üçün mane olan problemlər həll olunan səviyyədə deyilsə, sakinlərə ya yeni binadan mənzil, ya da kompensasiya verilməlidir.

Vüqar Orucov bildirib ki, bu sahədə sərt nəzarət mexanizmi tətbiq olunmalıdır. Çünki sakinlər istismara həqiqətən yararsız olan binada yaşamağın təhlükəli olduğunu bilsələr də, yaşamağa davam edirlər.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum olunublar. Bu binalardakı qüsurlar aradan qaldırılmadan istismara qəbulu haqqında qərar verilə bilməz və binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net