Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılması ilə bağlı razılaşmaların reallaşa biləcəyinə ümidini ifadə edib.
APA Armenia Today-a istinadən xəbər verir ki, o bu barədə 2024-cü il büdcə layihəsinin müzakirəsində bildirib.
“İndiki mərhələdə Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açıqdır”, - deyə o, bildirib.