XİN rəhbəri: Azərbaycan ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edib
Azərbaycan ordusu antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, heç bir yaşayış məntəqəsinə zərbələr vurulmayıb:
"Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri lokal antiterror tədbirləri bir gün keçəndən sonra bizim tələblərimizi qəbul etməyə məcbur oldular".