“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər həyata keçirib
Tarix: 26-09-2023, 18:29 | Çap et


“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər həyata keçirib.

“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində maarifləndirici tədbir həyata keçirib.



Belə ki, layihənin fəaliyyət planına əsasən Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində keçirilən tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının nümayəndə müavini Əhəd İbadov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Allahverdi Səfərov və Vüqar Ağayev, Bakı şəhər Narkoloji Mərkəzin həkimi, psixiatr-narkoloq, tibb elmləri doktoru Fəzail Sadıqov, 1 nömrəli Bakı Tibb Kollecinin şöbə müdiri Sevda Nadirova, yeniyetmə və gənclər iştirak edib.



Məlumat üçün qeyd edək ki, “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net