XİN-də struktur dəyişikliyi olub, yeni müavinlərin cavabdeh olduğu sahələr bilinib
Tarix: 13-09-2023, 10:40 | Çap et


Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduğu sahələr müəyyənləşib.

Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.

Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsizlik İdarəsinə əvvəl nazir müavini Araz Əzimov cavabdeh idi. İndi bu İdarəyə cavabdeh nazir müavini Yalçın Rəfiyev olacaq. Həmçinin, Linqvistik Təminat İdarəsinə cavabdeh nazir müavini də dəyişib. Belə ki, bu İdarəyə artıq yeni nazir müavini Samir Şərifov cavabdeh olacaq. Bu səlahiyyət əvvəl nazir müavini Elnur Məmmədovda idi.

Eyni zamanda artıq İqtisadi Əməkdaşlıq İdarəsinə cavabdeh yeni nazir müavini Yalçın Rəfiyev olacaq. Bu səlahiyyət əvvəl Mahmud Məmməd-Quliyevdə idi. Nazir müavini Fariz Rzayevin də cavabdeh olduğu sahələr dəyişib. Belə ki, Fariz Rzayev artıq Avropa İdarəsinə də cavabdeh olacaq. Yaxın Şərq və Afrika İdarəsinə cavavdehlik isə Fariz Rzayevdən yeni nazir müavini Yalçın Rəfiyevə keçib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net