ABŞ sülh razılaşması üçün Ermənistan və Azərbaycanla çalışmağa davam edəcək
Tarix: 13-09-2023, 10:36 | Çap et


Biz Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

“Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, - o vurğulayıb.

Metyu Miller Rusiya Prezidentinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net