Ermənilərin növbəti təxribatı: - Bizim cavabımız hər zaman sərt olur!
Tarix: 1-09-2023, 15:51 | Çap et
Ermənilərin növbəti təxribatı: - Bizim cavabımız hər zaman sərt olur!

Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata əl atıb. Düşmənin Kəlbəcəri atəşə tutuması nəticəsində 3 hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri mövqelərimizə pilotuz uçuş aparatları (PUA) və artilleriya ilə atəşə tutub. Təxribata cəhd edən erməni hərbçilərdən 2-si məhv edilib, 1-i yaralanıb.

Müdafiə Nazirliyi bildirib ki, Ermənistan müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.

Ermənistanın yeni təxribat kampaniyasına başlamasının səbəbləri nədir?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Ermənistan zərbə PUA-larından istifadə edirsə, deməli bu, geniş təxtibatdır və ciddi cavabı veriləcək hadisədir.

"Düşünürəm ki, ordumuzun həmin istiqamətdə birinci eşalon birləşmələrinin hərbçiləri ermənilərin bu addımına cavab verəcəklər. Biz bunun nəticələrini də görəcəyik. Azərbaycan tərəfi qarşı tərəfə cavab atəşi açmağa məcbur qalır. Bizim cavablarımız hər zaman sərt olur”.

Hərbi ekspert vurğulayıb ki, ermənilərin şərti sərhəddə vəziyyəti gərginləşdirməsinin səbəbini belə izah edib:

“Ermənilər sərhəddə gərginliyi qəsdən yaradırlar ki, Avropa İttifaqının Ermənistanda olan mülki missiyası bu məsələdə Azərbaycanı təqsirləndirsin. Mülki missiya hər zaman məsələləri Azərbaycanın əleyhinə sənədləşdirir. Bu həm də siyasi prsoeslərdə Azərbaycanın əleyhinə istifadə oluna biləcək niyyətlərdın biridir. Ermənistanın hazırda Azərbaycanın əleyhinə müharibə apara biləcək vəziyyətdə olduğunu düşünmürəm. Lokal atəşkəslə üstünlüyü ələ ala biləcək əməliyyat həyata keçirmələri mümkün deyil. Amma atəşkəsin pozulmas və nəticədə 3 hərbçimizin yaralanması yolverilməzdir”.

E.Şıxaliyev Qarabağın dağlıq hissəsindəki separatçı rejim daxilində də çəkişmələr olduğunu vurğulayıb:

“Qarabağın “rəhbər”ləri postlarını tərk ediblər. İndi özlərinə yeni “rəhbər” axtarışındadır. Humanitar yardımın qəbul olunmaması ilə bağlı bəyanatlar səsləndirirlər. İndi bunlar onu da təxribata cəlb etmək istəyirlər. Əslində, meydanda baş verənləri hər kəs görür. Atəşkəsin pozulması, Qarabağda humanitar yüklərin qəbul olunmaması rəsmi sahədə kiçik iş planlarıdır. Azərbaycanın atacağı addımlar üzərindən bunu beynəlxalq institutlara, xüsusilə də BMT TŞ-yə, Avropa İttifaqına daşımaqla Azərbaycana qarşı ortada faktlar olacaq. İnformasiya cəbhəsində yeni asimmetrik müharibəni istifadə edəcəklər. Hər dəfə olduğu kimi itirən, məğlub olan tərəf Ermənistan olacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, bizim hazırda gördüklərimiz hələ filmin başlanğıcıdır:

“İrəvanda dünən mühüm görüş keçirildi. Rusiyanın Qarabağ üzrə xüsusi nümayəndəsi ilə Paşinyan arasında görüş oldu. Qarabağda Arayikin formal "istefası" elan olundu. Bir sıra məqamlar var. Bizim hazırda gördüklərimiz hələ filmin başlanğıcıdır. Yaxın vaxtlarda Rusiyanın məqsədi Azərbayanla Ermənistana arasında çox böyük konfliktin yaşanmasına səbəb olmaqdır. Bu zərbə PUA-ları da sıradan adi məsələ deyil. Məqsəd hər hansı sülh müqaviləsi deyil. Məqsəd tərəflər arasında uzunmüddətli sükutun əldə edilməsidir. Bu sükutdan istifadə edib tərəfləri yenidən Moskvaya dəvət etmək, yenə hansısa müzakirələ aparmaqdır. Qarabağla bağlı çox böyük proqram hazırlanıb. O proqramda Rusiya, Amerika və Fransanın öz rolları var”.

Hərbi ekspert xatırladıb ki, ABŞ Dövlət Departmenti "Dağlıq Qarabağ icması" ilə oturub danışmağı bizə tövsiyə edir.

"Şahramanyan kimiləri məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb. Azərbaycan tərəfi ilə görüşlərə başlayacaq. O adam martın 1-də Xocalıdakı görüşdə o tərəfdən iştirak edən şəxsdir. Artıq sentyabrın 15-nə qədər görüş olacaq. Sentyabr bitəcək. Oktyabr, noyabr ayları eyni minvalda davam edəcək. İl bitəcək. Nə sülh müqaviləsindən, nə də digər məsələlərin həllindən danışan var. Bu gün bəzi qüvvələr Azərbaycanı bataqlığıa sürükləyirlər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya cavab verilmədi. Mariya Zaxarova dedi ki, baş verənlər Ermənistanın Qarabağı Azərbaycanın torpaqları kimi tanımasına görə belə cərəyan edir. Deməli, Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tanımaq istəyir. Rusiya istəmir".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net