Bədəl Bədəlov üç qurumu birdən “yoxa çıxarıb”... - Kimsə qanunsuz tikintiyə “dur” demir
Tarix: 1-09-2023, 15:49 | Çap et
Bədəl Bədəlov üç qurumu birdən “yoxa çıxarıb”... - Kimsə qanunsuz tikintiyə “dur” demir

Sabiq vitse-prezident yaşayış sənədi ilə qeyri-yaşayış obyekti inşa edir

DİA.AZ: - "Bugünlərdə mətbuatda Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun Suraxanı rayonunun yeni Suraxanı adlanan hissəsində, “Araz” marketin yaxınlığında qanunsuz inşaat işləri aparması ilə bağlı yazılar yer almaqdadır. Məlumat üçün bildiririk ki, Bədəl Bədəlov nəinki vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazini zəbt edib, həm də tikintiyə nəzarət etməsi gərəkən üç dövlət qurumunu bir anın içində “yoxa çıxarıb”". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazır: "Bədəl Bədəlov tikintiyə başlayandan sonra, tikintiyə nəzarət etməsi gərəkən üç dövlət qurumunun heç birinin – nə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir əməkdaşı bir dəfə də olsun əraziyə baş çəkməyib. Halbuki, bu. Onların birbaşa işi, vəzifə borcudur!

Bədəl Bədəlovun bu tikinti üçün tələm-tələsik hazırladığı sənədlər də qaydasında deyil. Belə ki, sabiq vitse-prezident həmin ərazini yaşayış yeri kimi sənədləşdirsə də, ərazidə bir neçə mərtəbədən ibarət ticarət obyekti, yəni qeyri-yaşayış obyekti inşa olunur. Bu isə o deməkdir ki, həmin obyekt dərhal sökülməli, qanunun tələbi təmin edilməlidir. Ancaq görünən budur ki, Bədəl Bədəlov inşasına başladığı göydələnin tikintisi başa çatmayana qədər heç bir dövlət qurumu üzə çıxmayacaq".

DAVAMI OLACAQ...

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq....




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net