QAİ: Belçikalı nazir İrəvanda qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı
Tarix: 23-08-2023, 09:17 | Çap et


Qərbi Azərbaycan İcması (QAİ) Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 22-də Ermənistanın paytaxtı İrəvanda səsləndirdiyi fikirləri qərəzli adlandırıb.

Bu barədə APA-ya QAİ-dən Qərbi Azərbaycan İcmasından bildirilib.

“Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır. Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır. Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, - deyə İcmanın məlumatında qeyd olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net