Seysmoloji Mərkəz: Zəlzələ Türkmənistanda baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur
Telefonlara gələn zəlzələ məlumatı ilə bağlı bildirmək istəyirik ki, zəlzələ Türkmənistan ərazisində baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Türkmənistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 68,2 min nəfərin yaşadığı Türkmənbaşı şəhərindən 34 km şimal-şərqdə, 47 km dərinlikdə yerləşib.