Hesablama Palatası BNA-dakı hüquqpozmalarla bağlı Baş Prokurorluğa müraciət edəcək
Tarix: 5-08-2023, 10:49 | Çap et


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Palatadan APA-ya verilən məlumata görə, iclasda Hesablama Palatasının 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib. Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net