Baş Qərargah rəisi: Döyüş qabiliyyətli komando hərbi hissələrinin formalaşdırılmasına nail olunub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində döyüş qabiliyyətli komando hərbi hissələrinin formalaşdırılması və onların müasir silahlarla təchiz edilməsinə nail olunub.
APA xəbər verir ki, bunu komando hazırlığı kursunda iştirak edən şəxsi heyətlə görüşən Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
O, bu kimi hərbi hissələrin yaradılması ilə Ordumuzun döyüş imkanlarının daha da artdığını bildirərək, peşəkar komandoların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd edib.