İlham Əliyev: “Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir”
Tarix: 29-07-2023, 14:31 | Çap et
İlham Əliyev: “Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir”

“Azərbaycan-Mərakeş əlaqələri xoş ənənələrə malikdir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral VI Məhəmmədə ünvanladığı təbrik məktubunda ifadə edib.

“Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədi və onun simasında qardaş Mərakeş xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən səmimi arzularını çatdırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net