İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.
O bu barədə “Twitter” hesabında paylaşım edib.
“22 iyul - Milli Mətbuat Günüdür. Kütləvi informasiya vasitələri cəmiyyətin maariflənməsinə, ictimai fikrin formalaşmasına və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinə mühüm töhfələr verir. Media nümayəndələrinə təbriklərimizi çatdırır, işlərində uğurlar və nailiyyətlər arzulayırıq”.