BDU-nun tədris korpusunun təmirinə nə qədər vəsait xərclənəcək? - VİDEO
Tarix: 20-07-2023, 09:12 | Çap et
BDU-nun tədris korpusunun təmirinə nə qədər vəsait xərclənəcək? - VİDEO

46 yaşlı binanın üz aqlay daşları sökülür. Pəncərədən qapıya, döşəmədən tavana kimi hər şey yenidən qurulur.

Xezerxeber.az xəbər verir ki, söhbət Bakı Dövlət Universitetinin (BDU) Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbədən ibarət iki saylı tədris binasından gedir.

Təmiri həyata keçirilən binanın görüntüləri sosial şəbəkələrdə paylaşılaraq sərt tənqid edilib. Bildirilib ki, illər öncə səliqəsiz tikilən, ilk baxışdan təhlükəsizlik normalarına cavab vermədiyi təəssüratını yaradan binanın təmirinə vəsait xərcləmək düzgün deyil.

İddialara görə, binanın əsaslı təmirinə 10 milyon 950 min 396 manat xərclənəcək. Maraqlıdır bu qədər xərc aparan binanın yeni görünüşündə nə dəyişəcək? Sözügedən vəsait hansı istiqamətə xərclənəcək?

Müzakirələrə səbəb olan korpusun təmirini aparan şirkətin nümayəndəsi Murad Əlilinin sözlərinə görə, söküntü zamanı ortaya çıxan görüntünün inşaata müsbət təsiri çoxdur.

Murad Əlili əlavə edib ki, hazırda bünövrədə bərkitmə işləri aparılır: “Drenaj xətləri qoyulacaq. Bütün kommunikasiya xətləri dəyişəcək. Bundan başqa, tədris ocağının 1977-ci ildən bağlı qalan təxliyə pilləkən qəfəslərinin bəzi qapıları və binanın 5 lifti yenilənib, sanitar qovşaqlarının sayı artırılıb. Çardaq yenilənib, binanın konstruktiv elementləri qorunub saxlanılmaqla, tavandan döşəməyə qədər sökülüb”.

Səsləndirilən rəqəmlərə gəlincə, şirkət rəsmisi bununla bağlı açıqlama vermək səlahiyyətində olmadığını qeyd edib.

BDU rəhbərliyindən isə tenderin qalibi olan şirkət tərəfindən təmir işlərinin keyfiyyətli səviyyədə aparıldığı bildirildi. Tədris korpusunun sentyabr ayında təhvil veriləcəyi gözlənilir.

Daha ətraflı videomaterialda:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net