
Şəmkir Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Tural Məmişov vəzifəsindən azad edilib.
Vertikal.az Lent.az-a istinadla xəbər verir ki, bununal bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən o, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şəmkir RPŞ-nin Təşkilati-İnspektor qrupunun baş inspektoru polis mayoru Əsgərov Bəxtiyar Ramiz oğlu da vəzifəsindən azad edilib.




