"Kino Agentliyi publik hüquqi şəxsin yaradılması ilə bağlı fərmandan bir ildən artıq vaxt keçməsinə baxmayaraq Mədəniyyət Nazirliyi agentliyə rəhbər təyin edə bilmir".
Vertikal.az DİA.AZ-a istinadla bildirir ki, bu məsələ ilə bağlı tanınmış jurnalist Etibar Cəbrayıloğlu açıqlama ilə çıxış edib.
E.Cəbrayıloğlu artıq məsələnin qeyri-ciddi müstəviyə gəldiyinə işarə edərək, hazırki duruma da ironik şəkildə qiymət verib. Jurnalist bildirib:
"İstəyirəm ki, bir təklif irəli sürəm. Olmaz bəyəm, adam kasıb olanda sözünü dinləməzlər? Təklif edirəm ki, ölkədə kino adamlarını toplayaq suyu qurumuş dəyirmanı xatırladan "Azərbaycanfilm" kinostudiyasının həyətinə. Quş uçurdaq, göyərçin kimin çiyninə qondusa o adam da olsun Kino Agentliyinin rəhbəri..."