Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub - ADLAR
Tarix: 6-06-2023, 11:01 | Çap et
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub - ADLAR

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Vertikal.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.

Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net