MİLLƏTƏ NÖMRƏ GƏLƏN BDYPİ... - ŞOK İDDİALAR
Tarix: 5-06-2023, 11:24 | Çap et
MİLLƏTƏ NÖMRƏ GƏLƏN BDYPİ... - ŞOK İDDİALAR

Xatırladaq ki, 2020-ci ilin oktyabrında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verildi. K.Əliyev Baş DYP İdarəsinin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat idarəsinə rəis təyin olundu. Xatırladaq ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov həmin ilin iyul ayında koronavirusdan vəfat etmişdi. Aktualxeber.az saytı təyin edildiyi gündən bəri bu şəxsin DYP-də hansı yeniliklərlə yadda qaldığı barədə araşdırma aparıb.
Qeyd edək ki, Azərbaycanda ən çox korrupsiyalaşmış və rüşvətə bulanmış orqanlardan biri DYP-nin olduğunu desək yanılmarıq. Yeri gəlmişkən, bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi son illər dövlətdən ən çox dəstək görən, texniki və maddi bazasını genişləndirən qurumlardan biridir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Rusiya da daxil olmaqla MDB dövlətləri arasında yeganə ölkədir ki, burada yol polisinin xidmətində olan avtomobillər bütünlüklə yenilənib. Bu gün Yol-Patrul Xidməti əməkdaşı kimi çalışmaq sosial baxımdan ən prestijli işlərdən sayılır. Bununla bağlı apardığımız araşdırmalar zamanı rast gəldiyimiz məlumata görə, Yol-Patrul Xidməti əməkdaşı düzəlmək istəyən şəxsdən 25 min manatdan artıq rüşvət tələb olunur. Bu yol polisinin “gəlirli sahə” olması ilə bağlıdır. Yol polisi işçilərini daxili işlər orqanlarının digər strukturlarından fərqləndirən bir cəhəti də burada çalışanlara yüksək əmək haqqının verilməsidir. Ancaq ötən dövrün təcrübəsi göstərdi ki, maaş artımı əks effekt verib və yol polisi əməkdaşları arasında rüşvətxorluq daha da artıb.
DYP sistemindəki rüşvət və korrupsiyadan danışarkən ilk ağla gələn birbaşa Kamran Əliyevin rəhbərlik etdiyi sürücülük vəsiqəsinin verilməsidir. İlk baxışdan K. Əliyev deyə bilər ki, nəzəri imtahanlar test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq əslində isə bu gün 1.000 manat rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Onu da qeyd edək ki, K. Əliyev bu vəzifəyə təyin olunana qədər qiymət 900 manat idi. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir.
Dövlət Yol Polisi sistemində ən çox korrupsiya və rüşvətxorluq halları yenə də Kamran Əliyevin kurasiyasında olan avtonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və digər rəsmiləşdirmə sahəsindədir. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Əks təqdirdə, bürokratik əngəllərlə vətəndaşlar get-gələ salınır. Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3-cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar. Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir.Lakin faktiki olaraq vətəndaş alqı-satqı müqaviləsi üçün Kapital banka odəniş etmişdir. Hələ iş bununla da bitmir.Bir neçə prossedurları keçdikdən sonra bütün dovlət rüsumları banka odənildikdən, sənədləri təhvil verdikdən sonra texniki pasport hazir olduqda, texpasportu verən polis serjantı qanunsuz olaraq hər vətəndaşdan 5 manat pul tələb edir. Daha sonra texpasportu təqdim edir. Ora daxil olmuş hər bir vətəndaş burada, adamı “soymaqlarından” narazıçılıqlarını bildirirlər.Hələ 5-ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1-ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur. Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.Bu xərclər və rüşvətlə bir yerdə vətəndaşın orda ucuz və mühərrikinin həcmi kiçik olan avtomobilə adi nömrə almaq üçün ən azı rüsumundan iki dəfə artıq, yəni 250-300 manat pulu çıxır.
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Son illər imkanlı şəxslərin öz avtomobillərinə dövlət məmurlarının xidmətində olan nömrələri alması da dəbə minib. Məhz bu dəbin nəticəsidir ki, məmur avtomobillərinin nömrələri başqa seriyalarla ağlasığmayan qiymətlərə satılır. Bununla bağlı apardığımış araşdırmalar zamanı aşağıdakı məlumatları öyrəndik ki, nazirlərdən birinin özünün və ailəsinin xidmətində olan sonluğu 900 olan nömrələrin satışı 10 min manat civarındadır. Daha bir məmurun da xidməti avtomobilinin sonu 100-lə bitən nömrəsinin qiymət 15 min manatdır. Nömrə biznesi də birbaşa Kamran Əliyevin kurasiyasıdır. Belə qənaətə gəlirik ki, bu şəxsin vəzifəyə təyin edilməsindən sonra rüşvətlə alınan pulların miqdarı daha da artıbdır. Araşdırmalarımız davam etdiyindən daha geniş məqaləni bu yaxınlarda sizlərə təqdim edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Dia.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net