Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, ölkənizin daha də inkişafı naminə ən xoş arzularımı çatdırmaq istərdim.
Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə qəti inamımı bildirirəm.
Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram".