BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb
Tarix: 25-05-2023, 14:08 | Çap et
BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

2020-ci il münaqişəsindən sonra BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dolların səfərbər edilməsinə yardım edib.

Vertikal.az APA-ya istinadla bildirir ki, bunu Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevka deyib. O, BMT-nin Azərbaycan ofisinin 1999-cu ildən bəri ANAMA ilə tərəfdaşlıq etdiyini xatırladıb.

“Avropa İttifaqının (AI), Böyük Britaniya hökumətinin, digər tərəfdaşların və BMT-nin daxili resurslarının maliyyə dəstəyi ilə üç BMT agentliyi - BMTİP, UNICEF və BMT QAK instusional gücləndirmə, texniki təcrübənin təmin edilməsi və partlayıcı sursat riski ilə bağlı təhsil vasitəsilə ANAMA-nın mina fəaliyyəti səylərini dəstəkləyir. Azərbaycan da daxil olmaqla minala məruz qalmış ölkələrdə mina fəaliyyəti dayanıqlı inkişaf və davamlı sülh üçün fundamental tələbdir”, - Vladanka Andreyevka deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net