2023-cü ilin sonundan etibarən 1 500 nəfərin Şuşaya köçürülməsi nəzərdə tutulur
Tarix: 25-05-2023, 13:32 | Çap et


“Böyük qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş sakinlərin Şuşaya qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq 23 bina, 450 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə start verilib.

"APA-Economics" xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə işçi qrupunun Şuşa şəhərində keçirilən növbəti iclası zamanı Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçi Kənan Quliyev deyib.

Kənan Quliyev bildirib ki, Prezident İlham Əliyevin Şuşa şəhərinə son səfəri zamanı da 17 binanın təməli qoyulub.

Onun sözlərinə görə, 23 bina layihəsinə uyğun olaraq 2023-cü ilin sonundan etibarən 450 mənzilə təxminən 1 500 nəfərin köçürülməsi nəzərdə tutulur. Əlavə olaraq, ümumtəhsil məktəbinin və Rayon Mərkəzi Xəstəxanasının inşası davam etdirilir. Keçmiş poçt binasının əsaslı təmirinə başlanılıb. Özündə ASAN, DOST, KOB-u birləşdirəcək. Bu layihənin də yekunlaşdırılması 2023-cü ilin sonlarına planlaşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net