Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi başa çatıb
Tarix: 23-05-2023, 09:47 | Çap et


Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermə başa çatıb.

APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında 3 gün davam edən səsvermə saat 22:00-da yekunlaşıb.

Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 qutu olmaqla ümumilikdə 15 qutu olub. Səfirliyin binasında 7417, Gəncədə 2277, Naxçıvanda isə 1349 nəfər olmaqla ümumilikdə 11 min 43 seçici səs verib.

Bülletenlər diplomatik poçtla Türkiyəyə göndərilib.

Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net