Səfir: Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Tarix: 11-05-2023, 14:48 | Çap et


Slovakiya Respublikasının əsas maraqları sırasına beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün qorunması, suverenliyə hörmət, münaqişələrin sülhyolu ilə həlli, beynəlxalq konvensiyalar, müqavilələr və beynəlxalq standartlara riayət edilməsi daxildir.

Bu sözləri Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı deyib.

O bildirib ki, bu prinsiplər Rusiyanın Ukraynaya təcavüzü fonunda daha da aktuallaşıb.

“Slovakiya Respublikası Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və mübahisələrin sülh yolu ilə həllinə çağırır. Milli azlıqların təhlükəsizliyinin və hüquqlarının məsələsinə gəlincə, biz belə hesab edirik ki, hər bir ölkə onların müdafiəsi üçün lazımi səylər göstərməlidir ki, onlar yaşadıqları ölkəni öz vətənləri hesab etsinlər. Bununla belə, azlıqların təhlükəsizliyi və müdafiəsi məsələləri ərazi bütövlüyü prinsipinə hörmət çərçivəsində, bu ölkənin konstitusiyası çərçivəsində və beynəlxalq normalara uyğun işlənib hazırlanmalı və həll edilməlidir. Slovakiya Respublikası milli azlıqların müdafiəsi sahəsində, eləcə də təhlükəsizlik islahatı adlanan prosesdə təcrübəmizdən istifadə etmək imkanını təklif edir”, - səfir vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net