Türkiyə Dəniz, Quru və Hərbi Hava Qüvvələri, Sahil Mühafizə Komandanlığı və xarici ölkə müşahidəçilərinin iştirak etdiyi “KURTARAN-2023” təliminin mətbuat mərhələsi başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Qeyd olunur ki, təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Omandan 41 müşahidəçi iştirak edir.