Putin Ərdoğanın sözçüsü ilə görüşüb
Tarix: 6-04-2023, 19:35 | Çap et
Putin Ərdoğanın sözçüsü ilə görüşüb

Rusiya dövlətinin başçısı Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşüb.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kalının Moskvada Rusiya prezidenti ilə şəxsən görüşdüyü və onunla “Akkuyu” atom elektrik stansiyası ilə bağlı əməkdaşlığı müzakirə etdiyi barədə xəbərləri şərh edərkən bildirib.

“Həqiqətən də, belə bir görüş oldu”, - deyə o vurğulayıb.

Peskov deyib ki, görüşdə ölkələr arasında gündəmdə olan böyük layihələrin, o cümlədən “Akkuyu” layihəsinin həyata keçirilməsi müzakirə olunub.

“Biz (yanacaq) doldurma mərasimini necə keçirmək barədə danışdıq. Daha əvvəl dediyimiz kimi, Rusiya mərasimdə layiqincə iştirak edəcək”, - deyə Kremlin sözçüsü bildirib.

Mənbə: TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net