İtaliyanın keçmiş baş naziri Berluskoni yenidən xəstəxanaya yerləşdirilib
Tarix: 6-04-2023, 10:45 | Çap et


İtaliyanın keçmiş baş naziri və hakim partnyor Forza Italia Partiyasının lideri Silvio Berluskoni bir həftəlik aradan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Sonxeber.az xəbər verir ki, 86 yaşlı Berluskoni ürək-damar problemlərinə görə bu səhər Milanda San Raffaele xəstəxanasında müalicə olunub.

Bildirilib ki, Berluskoninin ürək-damar cərrahiyyəsinin reanimasiya şöbəsində müalicəsi davam edir.

Silvio Berluskoni martın 27-də nəzarət üçün San Raffaele Xəstəxanasına aparılıb və üç gündən sonra martın 30-da evə buraxılıb.

Təcrübəli italyan siyasətçi 2022-ci ilin yanvarında San Raffaele Xəstəxanasına yerləşdirildi və nəzarət üçün 8 gün xəstəxanada qaldı.

1994-2011-ci illər arasında İtaliyada ən uzun müddət baş nazir vəzifəsini icra edən Berluskoniyə 2020-ci ilin sentyabrında Kovid-19 diaqnozu qoyuldu və iki həftəlik çətin müalicə müddətindən sonra sağlamlığına qovuşdu.

"Bu dəfə də bunun öhdəsindən gəldim",- deyə Berluskoni xəstəxanadan çıxarkən şərh etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net