Azərbaycan və Tacikistan kiçik və orta biznes (KOB) subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xəbər verir ki, bu, qurumun ötən gün Tacikistanın Ticarət və Sənaye Palatası ilə imzaladığı Anlaşma Memorandumunda öz əksini tapıb.
Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Cəmşid Cumanxonzoda imzalayıblar. Memorandumda hər iki ölkənin sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur. Sənəd hər iki ölkənin sahibkarları arasında ticarət və investisiya əməkdaşlığının təşviqini, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsini və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.