Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...
Tarix: 29-03-2023, 12:24 | Çap et
Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...

Ermənistanın tanınmış jurnalisti və müstəqil siyasi analitiki kimi tanınan Tatul Akopyan qəsbkar ölkənin ictimai televiziyasında aparıcı Petros Kazaryana müsahibəsində "vəziyyətdən çıxmağın mümkün variantı" və Qarabağdakı ermənilərin "yaşamaq hüquqlarını təmin etmək üçün" onların Ermənistanın digər bölgələrinə köçürülməsini təklif edib.

Vertikal.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda politoloq Hayk Martirosyan özünün "Facebook" səhifəsində məlumat yayıb.

Aparıcı T.Akopyana ermənilərin Ermənistana köçürüləcəyi təqdirdə Azərbaycanın Süniki(Zəngəzurun ermənicə adlanan bir hissəsi) heç bir problemsiz götürəcəyini söyləsə də, o, cavab verib ki, Ermənistanın qalan hissəsi ilə nə edəcəyimizi də müzakirə etmək mümkündür.

"Və İctimai TV-də camaat bunu izləyir. Tatul Akopyan isə yalnlz erməni kimi deyil, həm də jurnalist, erməni diasporunun zəngin nümayəndələri tərəfindən qəbul edilən, dinlənilən, hörmət edilən bir insan kimi qəbul olunmaqda davam edir.
Bu bizim sifətimizdir. Bu bizik..."- erməni politoloq belə yazıb.

P.S. Ermənistan mediası bu cür informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışırlar ki, guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net