Türkiyənin ilk “Hürjet” reaktiv təlim təyyarəsi uçuş zolağına çıxıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter“ paylaşımında bildirib.
İsmayıl Dəmir “Hürjet” reaktiv təlim təyyarəsinin havaya qalxmasına günlər qaldığını bildirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri əməyi keçən hər kəsə təşəkkür edib, qürur duyduqlarını vurğulayıb.