Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək
Tarix: 3-03-2023, 10:18 | Çap et


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsini həyata keçirəcək.

Vertikal.az "APA-Economics"-ə istinadən xəbər verir ki, layihənin dəyəri 1 milyon avrodur.

"İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net