Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 29-u İsrailə səfər edəcək.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.