İraq Prezidenti Bakıda ölkəsinin əsas prioritetlərini açıqlayıb
Tarix: 2-03-2023, 12:24 | Çap et


“Tədbirin təşkili və dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə İraq prezidenti Əbdüllətif Camal bildirib.

İraq Prezidenti deyib ki, İraq qlobal pandemiya böhranından çıxmağa davam edir, infrastruktur, sosial ehtiyaclar, iqtisadi şaxələndirmə və kollektiv tədbirlər vasitəsi ilə bu işləri görməyə davam edir: “İraq hökuməti iqlim dəyişikliyi, ərzaq çatışmazlığı və su resurslarının qıtlığı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirir. Bütün bunlar bizim sosial stabilliyimizə təsir göstərir. Hazırda təhlükəsizliyin təmininə xüsusi diqqət yetiririk. Xüsusi dəstək vasitəsi ilə ölkədə kənd təsərrüfatına və suyun effektiv idarə edilməsinə vəsait qoymalıdır. İqlim dəyişikliyi ilə bağlı riskləri azaltmaq istiqamətində işlər görməliyik”.

Əbdüllətif Camal qeyd edib ki, ölkəsi müharibədən, dağıntılardan əziyyət çəkib, indi isə fərqli bir ölkədir: “Biz bu acınacaqlı təcrübədən, silahlı münaqişələrdən sonra anlayırıq ki, ancaq dialoqla sülh quruculuğu mümkündür. Biz konstruktiv dialoqla zorakı ekstremizmin aradan qaldırılmasına çalışırıq. İraq regional tərəfdaşlıqda da müsbət rolunu davam etdirməyə hazırdır. Biz regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq”.

İraq Prezidenti nəzərə çatdırıb ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət, diplomatiya, ortaq çağırışları, sərhəd təhlükəsizliyi, eyni zamanda, transsərhəd su resursları, su mənbələrinin adekvat optimallaşdırılması ilə münasibətlər qurmağa davam edir: “Yüksək neft qiymətlərini nəzərə alaraq, İraqda hazırda adekvat səhiyyə, su və təhlükəsizliyi, institusional sahələrdə işlər görülməlidir. İctimai infrastrukturun qurulması da məqsədlərdən biridir. Ətraf mühiti qorumaq və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər görülməli, İraqın irsinin növbəti nəsillərə çatdırmaq üçün addımlar atılmalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net