"Azərbaycan Sənaye Korporasiyası” İtaliyadan yeni investisiyalar cəlb edə bilər
Tarix: 18-02-2023, 10:38 | Çap et


Azərbaycanla İtaliya arasında "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələri olan “Azərpambıq ASK” MMC, “Azəripək” MMC, eləcə də “Azəralüminium” MMC üzrə həyata keçirilməsi planlaşdırılan layihələrə İtaliya–Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) iştirakı ilə İtaliyadan yeni investisiyaların cəlb olunması barədə müzakirələr aparılıb.

Bu barədə "Report"a ASC-dən bildirilib.

Belə ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC və İtaliya–Azərbaycan Ticarət Palatasının rəhbərliyi arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görüş keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və İtaliya – Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldinin iştirakı ilə keçirilən görüşdə Korporasiyanın rəsmisi iki ölkə arasında qarşılıqlı iqtisadi və biznes əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb. M. Traldi öz növbəsində rəhbərlik etdiyi Palatanın tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Görüşdə İtaliya şirkətləri ilə iqtisadi əlaqələrin qurulması, yeni investorların cəlb olunması, investisiya imkanlarının dəyərləndirilməsi və birgə əməkdaşlıq perspektivlərinin təşviqinə dair müzakirələr aparılıb. Sonda birgə əməkdaşlığın növbəti mərhələlərində qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması və yeni görüşlərin keçirilməsi qərara alınıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net