Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
O, zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 min azn) nağd pul veriləcəyini bildirib.
Dövlət başçısı qeyd edib ki, hazırda dövlət 1,6 milyon zərərçəkmiş vətəndaşın ehtiyaclarını qarşılayır.
TRT