Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə səfərə gedəcək. O, səfər zamanı respublikanın cənub-şərqində zəlzələdən zərər çəkmiş Adıyaman vilayətinə baş çəkəcək.
“2023-cü il fevralın 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmrəylik nümayiş etdirmək və Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı başsağlığı vermək üçün Türkiyəyə səfər edəcək. Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra Mirzoyan Ermənistanın axtarış-xilasetmə dəstəsinin işlərinin aparıldığı Adıyamana yollanacaq”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.