Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Polkovnik-leytenant Fərid Qəhrəmanov APA-ya bildirib ki, 13 avtomobildən ibarət kolon quru yolu ilə hərəkət edəcək.
“Humanitar yardıma isti geyimlər, isidilən çadırlar və həyat təminatı vasitələrin daxildir. Kolon böyük ehtimalla günün sonunda zəlzələ zonasına çatacaq” – Qəhrəmanov qeyd edib.